Sonya

“Sonya” – tənha qadın haqqında impressionist üslublu miniatürdür. Həyat onunla qəddar oyun oynayıb, lakin bu oyun onun həyatının ən böyük xoşbəxtliyinə çevrilib.
Sonya bir qədər kök, bir qədər çirkin, bir qədər tənhadır. Lakin o, bəzi şeylərdə çox istedadlıdır: o, mükəmməl aşpaz və dərzidir, həmçinin insanların əsəblərinə toxunmaqda mahir ustadır. Belə ki, bir gün o, sevgi məktubu alır. Məktub çox ehtiraslı və ciddi olur və Sonyanın qəlbində bir alov yaranır. Bu məktubun onun pis dostu Adanın yazdığı heç ağlına belə gəlmir. Məktub Sonyanın həyatını həmişəlik dəyişir.

Zoluşka

Tamaşa Şarl Perronun məşhur “Zoluşka” nağılı əsasında bəstəkar İ. Roqalev, ssenarist və prodüser A. Maksimıçev, rəssam T. Melnikova və aktrisa Y. Aqeyevanın (“Qızıl Maska” mükafatı laureatı) birgə yaradıcılıq məhsuludur. Bu səhnə quruluşu əsərin sərbəst interpretasiyasıdır və köhnə teatrın ruhunun dirçəlməsini nümayiş etdirir. Yumoristik pantomima kimi səhnəyə qoyulmuş tamaşa öz gözəl mənzərələri, şən musiqisi, taxtadan ənənəvi texnikalarla düzəlmiş ifadəli marionetləri və ustalıqla 21 marioneti oynadan aktrisa uşaqları və yeniyetmələri heyrətləndirir. “Zoluşka” Moskvada iki milli “Qızıl Maska” mükafatına layiq görülüb.

Podolskdan olan adam

Adi polis şöbəsi. Saxlanılan və dindirilən Moskva yaxınlığındakı Podolsk şəhərində yaşayan otuz yaşlı cavandır. Saxlanılma səbəbi aydın deyil – sərxoş deyil, səliqəli geyimdədir, sənədləri qaydasındadır, şəxsiyyəti təsdiq edilib. Lakin polis şöbəsinin əməkdaşları çox emosional dindirmə aparırlar, onu cibinə narkotik maddə atmaqla yaxud çoxdankı açılmamış hadisələrdə onu şübhəli şəxs kimi təqdim etməklə təhdid edirlər. Cinayət hesabatları və detektiv hekayələrdən olan tipik hal… Lakin qüdrətli polisi bu qədər qiymətsizləşdirmək olarmı?

Polis əməkdaşları tərəfindən qaldırılan məsələlər tamamilə protokola və sağlam məntiq qanunlarına uyğun deyil. Bu tamaşa daim hər şeydən – nəm iqlim, darıxdırıcı iş, laqeyd ər və ya arvad yaxud darıxdırıcı həyatdan – narazı olanlar, hər şeydən şikayət edənlər üçündür. Bəlkə onlar da heç olmazsa bir dəfə “Podolskdan olan adamın” düşdüyü polis şöbəsinə baş çəkməlidirlər?!

Pux və prax

İlkin olaraq miniatür, fraqmentli epizod kimi görünənlərdən hekayə möcüzəvi şəkildə mürəkkəb bir tapmaca kimi yaradılıb. Tamamilə səssiz, sözsüz ifadələr insanın təxəyyülündə tənha kişi ilə tənha qadın arasında partladıcı münaqişə yaradır. Onlar yer üzündə sevgi axtararkən rollarını dəyişir və janrdan janra keçirlər, maskaları dəyişirlər. Lakin yekunda xoşbəxt sonluq gəlib çıxmır, buna baxmayaraq maraqlı səyahət müəyyən rahatlıq gətirir.

Dəli yığıncağı

Tamaşa Azərbaycanın yazıçı-satirik, jurnalist, maarifçi və ictimai xadimi, Molla Nəsrəddin ləqəbi ilə tanınmış Cəlil Məmmədquluzadənin eyni adlı pyesi əsasında hazırlanıb. Əsərdə yazıçı sosial bərabərsizlik mövzusuna toxunub.

Kamran Şahmərdanın səhnəyə qoyduğu tamaşa satirik etno-rok müzikldir. Hadisələr İranın Təbriz şəhərində baş verir, cəhalət, fanatizm, köhnə cəmiyyətin qara qüvvələrinə qarşı gedən mübarizədən bəhs edir.

Tamaşa xüsusi olaraq 3-cü M.A.P. Beynəlxalq Teatr Festivalının açılış mərasimi üçün YARAT-ın sifarişi ilə hazırlanıb.

Kamran Şahmərdan azərbaycanlı kino və teatr rejissorudur. O, uzun illərdir ki, Finlandiyada yaşayır və orada “Ağ və Qara” teatrını yaradıb, eyni zamanda Ağ və Qara Teatr Festivalının təsisçisidir. 2018-ci ildən M.A.P. festivalının bədii rəhbəridir.

Lanqustun harayı

Görkəmli aktrisa Sara Bernar keçmişdə baş vermiş hadisələri bərpa etməyə çalışır. Öz xatirələrində o, yenidən səhnəyə, uşaqlığına, anası ilə münaqişələrə yaxud sevgilisi ilə söhbətlərə qayıdır. Bütün bunlar ona nə üçün lazımdır? Bəli, bütün bunlar ona solğun həyatını duyğu və emosiyalarla doldurmaq üçün lazımdır, lakin bu dəfə yalnız xatirələrdə. Onun hələ də səhnəyə və tərəf müqabillərinə ehtiyacı var. Sara Bernar monoloqlar və katibi Pitu ilə xəyali dialoqlar aparır.

Bəzi vacib sözlər söylənilməyib, belə ki, Sara Bernar inadla öz mərhum rəqibləri ilə birtərəfli mübahisələri davam etdirir. Yoxluğun astanasında hisslər, iztirablar, ehtiras, irrasionallıq – hamısı təbii şəkildə geri qayıdır… Və həyatın mahiyyəti, teatrın mahiyyəti də elə budur.

Medeya

Fransız dramaturqu Jan Anuyi Evripidin faciəsinə müraciət etməyə nə vadar etdi? Bir tərəfdən – günbəgün yaxınlaşan sosial düşmə təhlükəsinin şəxsiyyəti, mədəniyyəti, siyasəti məhv edən zəmanəmiz, digər tərəfdən isə – əyləncələrə, şoulara və mənasız şənliklərə olan meyldən imtina etmək cəhdi. Ksenofobiyanın, irqçiliyin və zorakılığın baş qaldırması səbəbindən cəmiyyətin öz tibbi tarixi qorxularını araşdırmaq niyyətinin olmaması faktı. Mənəviyyatın katastrofik dərəcədə düşməsi, latayırçılıq, var-dövlətə meyllənmə və pulun getdikcə artan hakimiyyəti fonunda insan getdikcə məhv olur. Yalnız güclülər digərlərindən fərqlənməyi, öz müstəqilliyini qorumağı və var-dövlət fəlsəfəsi axınına qoşulmamağı, “Mən hamı kimiyəm” cəlbedici postulatını rədd etməyi, simasız kütlənin dağıdıcı olduğunu dərk etməyi bacarır. Anuyin “Medeya”sı Evripidin faciəsinə əsaslanır və bizə daha yaxındır. Tamaşanın dili müasirdir. Qəhrəmanların dialoqları keçmişdən indiyə və yenidən keçmişə qayıdır. Tamaşanın yaradıcıları söz axınları və səhnələr arasında mənaları fərqləndirməyə çalışıblar.

Yevgeni̇ Onegi̇n

“Yevgeni Onegin” tamaşasının yaradılmasında Rimas Tuminas A.S. Puşkinin romanının tam olaraq səhnə üçün adaptasiyasını hədəfə almayıb. Əsas mövzu kimi o, Tatyananın Oneginə olan məhəbbəti haqqında hekayəni göstərib. Hekayənin proloqu və epiloqu var. Tamaşa A.S. Puşkinin personajlarının yaddaşında və təxəyyülündə inkişaf edir. Biz Oneginin otağından onun malikanəsinə, sonra Larinin yaxınlıqda olan evinə, daha sonra Moskvaya və nəhayət yenidən Oneginin otağına qayıdırıq. Hadisələrin miqyası daim dəyişir: səs-küylü şənliklərdən personajların təklikdə daldığı düşüncələrədək, izdihamlı səhnələrdən qəhrəmanların təklikdə olan xatirələrədək. Bütün bu səhnələr, çərçivənin içində Oneginin kreslosunun yanındakı divardan asılan Tatyananın sevgi məktubunun ayrı-ayrı fraqmentləri kimi keçmişdən vahid şəkildə toplanıb.