“Ole!” kollektivinin ustad dərsi

“İncəsənət emosiyalar, artist isə emosiyaların bələdçisidir”.

Musiqili teatr kollektivinin üzvləri hər kəsi ustad dərsdə iştirak etməyə dəvət edir. Ustad dərs sizə öz aktyorluq mesajınızı tamaşaçılara çatdırmaq məqsədi ilə müxtəlif səhnə üsulları və texnikalarını düzgün tətbiq etməyə, bu halda tamaşaçı cəlbinin maksimum effektinə nail olmağa öyrədəcək.

“Ole” kollektivinin iştirakçılarının şüarı belədir: “İstedad hər kəsdə var. Siz sadəcə onu özünüzdə kəşf etməmisiniz”.

Ustad dərs sizə ilk addımları atmağa, səhnədə qorxularınızı aradan qaldırmağa, ictimaiyyət və tənqidçilərlə ünsiyyət zamanı əminlik hiss etməyə kömək etmək məqsədi daşıyır.

Tapşırıqlar: sizə özünüzdə artist, musiqiçi, komediyaçı tapmağa kömək etmək. Analiz, müzakirələr və təcrübə vasitəsilə, sizə öz səhnə quruluşunuzun hazırlayıb yaradılmasının və tamaşaçıları öz arxanızca aparmağın sevincini yaşamağı öyrətmək.

Ustad dərsin aparıcıları sizinlə bunlarla paylaşacaqlar:

Musiqi bacarıqları – flamenko, rumba, pop, svinq.

Gitarada ifa, səs, əllər və rəqsdən istifadə üsulları.

Komediya üsulları: klounada, yumoristika, aktyorluq, ssenarilərin yazılması, şounun yaradılması.

Ustad dərs kiçik 5-10 dəqiqəlik təqdimatla açılacaq. Təqdimat sizi musiqili komediya və kabarenin unikal uyğunluğu ilə tanış edəcək.

Tarix: 16 oktyabr, 14:00-17:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir.
Dil: ingilis dili, Azərbaycan dilinə tərcümə ilə.

Aktyorluq məharəti. Marionet kuklalar ilə iş.

Elina Aqeyevanın ustad dərsi

Dərs zamanı böyüklər və uşaqlar müstəqil olaraq ev şəraitində marionet kuklası yaratmaq, hekayə icad etmək və ona quruluş verməyə öyrənəcəklər.

Məşğələlər ərzində iştirakçılar kuklaların idarə edilməsi prinsiplərini xatırlayacaq, kuklaların hərəkəti və plastik həlli üzərində, o cümlədən bədənin köməyi ilə işləməyi öyrənəcəklər.

Elina Aqeyeva kuklaçı-aktyor, “Kukla teatrının ən yaxşı aktrisası” nominasiyasında “Qızıl Maska” Milli Teatr Mükafatının laureatıdır. 1992-ci ildə Leninqrad Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu (Kukla Teatrı kafedrası, aktyorluq şöbəsi, İ.A. Zaykinin emalatxanası) bitirdikdən sonra rejissor Aleksandr Maksimıçev və rəssam Tatyana Melnikova ilə birlikdə “Kukolnıy dom” Marionet Teatrının yaradıcılarından biri oldu. E.Aqeyevanın iştirakı ilə səhnələşdirilən tamaşalar üç dəfə “Qızıl Maska” Milli Teatr Mükafatına layiq görülüb.

Saat: 12, 13 oktyabr, 14:00 (tamaşalar başa çatdıqdan dərhal sonra)
Məkan: Azərbaycan Dövlət Kukla Teatrı

Naməlum İndi̇ki̇ zaman. Müasi̇r alman drami kontekstdə.

12 oktyabr 2019-cu il tarixində sizi professor Tomas İrmerin mühazirəsinə dəvət edirik. Mühazirənin əsas mövzusu yeni dramaturgiya olacaq. Klassik və modernist teatrda uzun illər davam edən ənənələrin təşəkkül tapdığı Almaniyada bu mövzu xüsusi aktuallıq kəsb edir. Səhnə hərəkəti ilə tamaşaçı arasında yeni dram kontekstində xüsusi münasibətlərin təhlili mühüm aspekt olacaq. Mühazirə, 2010-cu ildən sonra teatr səmasında parlayan dramaturqları əhatə edir.

Mühazirəçi haqqında: Tomas İrmer – teatr tənqidçisi, kurator və yazıçıdır. Almaniya və ABŞ-ın müxtəlif universitetlərində dərs demişdir. 1998-2003-cü illərdə o, bu gün də müntəzəm olaraq nəşr olunduğu “Theater der Zeit” jurnalının baş redaktoru olub. Tomas İrmer “Kastorf”(2016), “Hayner Müllerin tarixi” (2018) və bu yaxınlarda “Lyuk Perseval” kitablarının redaktoru kimi çıxış etmişdir.

Mühazirə ingilis dilində, Azərbaycan dilinə sinxron tərcümə ilə keçiriləcək.
12 oktyabr, 17: 00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (2-ci mərtəbə, multifunksional zal)

Rusiyanın Xalq artisti Aleksey Quskovun aktyor sənəti üzrə ustad dərsi.

Sentyabrın 3-ü, aktyor sənəti üzrə təhsil alan tələbələri və peşəkar aktyorları M.A.P. Bakı Teatr Festivalına qastrolla təşrif buyuran Y.Vaxtanqov adına Teatrının aktyoru Aleksey Quskovun ustad dərsinə dəvət edirik.

Aleksey Quskov – teatr və kino aktyoru, prodüser. 2001-ci ildə Rusiya Federasiyasının ədəbiyyat və incəsənət sahəsində uğurlu fəaliyyətinə görə Dövlət mükafatına layiq görülüb. Moskva Bədii Teatrının nəzdindəki məktəb-studiyasında “Aktyor sənəti” üzrə dərs deyib. 70-dən çox filmdə çəkilib.

Tədbir rus dilində keçiriləcək.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı