KÖNÜLLÜLƏR

Könüllülər

YARAT Müasir İncəsənət Məkanının Art Könüllü proqramı şəxsi və peşəkar keyfiyyətlərini təkminləşdirmək marağında olan yaradıcı gənclər üçün nəzərdə tutulmuşdur. Bu proqram YARAT təşkilatında müxtəlif layihələrdə iştirak etməklə yanaşı, təsviri incəsənət, teatr, kino, musiqi və incəsənətin digər sahələrində layihələr üzrə əvəzolunmaz təcrübə qazanmaq üçün əlverişli imkandır. Proqramda iştirak edən şəxslər yaradıcı komandada iş, yerli və beynəlxalq müasir incəsənət aləminin tanınmış simaları ilə ünsiyyət kimi üstünlüklər əldə edəcəklər. YARAT səhnəsində cəsur ideyalarını həyata keçirmək istəyən şəxsləri də layihədə iştirak etməyə dəvət edirik.

Link